“Yasamaldakı “Yeddinci sallaqxana” nə məna ifadə edir? - Qənirə Paşayeva
Təəssüf ki, bir sıra şəhidlərimizin adları hələ də əbədiləşdirilməyib. Bəzi küçə adları var ki, nəyi ifadə edir, bilinmir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.
“Məsələn, bir şəhidimizin ailəsi müraciət edirdi, şəhidimizin Binəqədidə yaşadığı küçənin adı “İzvidnoy” adlanır. Bu “İzvidnoy” nə deməkdir heç kim başa düşmür. Binəqədi rayonunda “İkinci Dəmir yolu”, “Üçüncü Dəmir yolu”, Yasamalda “Yeddinci sallaqxana” və s. adlarla küçələr var. Bunlar nə məna ifadə edir, bilinmir. Biz istəyirik ki, bütün şəhidlərimizin adı əbədiləşsin”
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib