Yaşayış binasında yanğın baş verdi, sakinlər belə təxliyə edildi

# 11:38
11 noyabr 2022

Paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

 

Bu barədə APA TV-yə FHN-dən məlumat verilib.

 

Bildirilib ki, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən doqquzmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğının genişlənərək mənzillərə keçmə riskinin yüksək olduğu və qatı tüstülənmədən bina sakinlərinin həyatı üçün təhlükə yarandığı müəyyən edilib.

 

Görülən tədbirlər nəticəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülüb.

 

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən 9-u uşaq və 9-u yaşlı olmaqla ümumilikdə 28 nəfər təxliyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR