Yaşlı qadını aldadıb kartdakı pullarını götürdü

# 15:32
9 sentyabr 2022

Şirvanda yaşlı qadına qarşı soyğunçuluq edilib.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA TV-yə verilən məlumata görə, sentyabr ayının 6-da Şirvan şəhər sakini olan bir qadın "102" xidmətinə, daha sonra isə Şirvan Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək şəhər ərazisində yerləşən bankomatların birindən pul çəkmək istəyən zaman tanımadığı bir şəxsdən kömək istədiyini, lakin sonuncunun kartdan pul çəkdikdən sonra həmin ərazidən uzaqlaşdığını və ona məxsus 200 manat pulu soyğunçuluq yolu ilə ələ keçirdiyini bildirib.

 

Daxil olan müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Salman Məmmədov Bakı şəhəri ərazisində saxlanılaraq Şirvan ŞPŞ-nə gətirilib.

 

Dindirilmə zamanı həmin şəxs törətdiyi əməli etiraf edib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR