Yaxın gələcəkdə “TURKOVAC” vaksinləri Azərbaycana çatdırılacaq
“Bir neçə ay əvvəl "TURKOVAC” vaksininin kliniki tədqiqatları zamanı Azərbaycan, Pakistan və Qırğızıstan kimi ölkələrlə birgə elmi araşdırmalar üçün fəaliyyət həyata keçirirdik".
APA TV-nin məlumatına görə, bunu Türkiyə Sağlamlıq İnstitutlarının (TÜSEB) rəhbəri, professor Erhan Akdoğan “Anadolu” Agentliyinə müsahibəsində bildirib.
O qeyd edib ki, ötən həftələrdə Azərbaycanda bununla bağlı hazırlıqlar tamamlanıb: “Ortaq elmi araşdırmalar platforması çərçivəsində “TURKOVAC” vaksinlərini yaxın gələcəkdə Azərbaycana çatdırmağı planlaşdırırıq. Bu, geniş yayılmış peyvəndləmə çərçivəsində deyil, orada davam edən elmi işlərə töhfə vermək üçündür”.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib