Yay niyə gəlmir? - Bu dəfə yay ayları fərqli ola bilər

# 21:10
17 may 2023

 

May ayı olmasına baxmayaraq, havalar o qədər də isti və sakit keçmir. Yağışlı və soyuq hava üstünlük təşkil edir. Bakı və digər böyük şəhərlərdə külək, soyuq, dağlıq ərazilərdə isə son bir neçə gündür ki, qar yağıb. Bunun səbəbi isə bir neçə amillə bağlıdır. Bundan başqa, havanın dəyişkənliyi antropogen amillərlə də bağlıdır ki, buna məsəl olaraq atmosferə atılan parnik qazlarının miqdarını deyə bilərik. Bu qazların miqdarı 90-cı illərlə müqayisədə xeyli artıb. Bu da qlobal istiləşməyə səbəb olur. Ekspertin sözünə görə, bu cür soyuq hava dəyişikliklərini, yağışları, hətta yay aylarında da görə bilərik. Sözügedən dəyişkən hava şəraiti ərazi olaraq da eyni şəhərdə özünü müxtəlif temperaturda göstərə bilir. Məsələn, Bakı şəhərinin bir yerində hava günəşlidirsə, digər hissəsində yağışlı olur. Eyni şəhərdə, eyni anda belə zidd hava durumunun səbəbi nədir? Rafiq Verdiyevin sözlərinə görə, bu hal ərazidən keçən buludların quruluşu ilə bağlıdır. Məsələn, Şamaxı istiqamətindən Bakıya doğru gələn topalı yağıntılı buludlar daha kiçik ərazini tutur, buna görə də eyni şəhərin bir hissəsində yağış yağır, digər hissəsində gün çıxır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR