Yeni doğulanlarda göbək ciyəsi niyə 1-2 dəqiqə sonra kəsilməlidir? - APA TV

# 13:44
3 may 2023

Bir uşağa doğuş anında verilə biləcək ən gözəl hədiyyə bəlkə də göbək ciyəsindəki qandır. Göbək ciyəsi ana qarnında döl ilə cift arasında qan mübadiləsini təmin edir.

Doğuşdan sonra plesenta və göbək bağı büzüşməyə başlayaraq yeni doğulana qan ötürür. Qan təzyiqi normaya düşdüyündə göbək ciyəsindəki atımlar dayanır və körpəyə qan axını dayanır. Təbiətdə heyvan doğumlarında ciyədəki bütün qan balaya keçir. İnsanlarda isə uşaq doğulan kimi həkimlərin əksəriyyəti göbək ciyəsini kəsirlər. Ancaq son dövrlərdəki araşdırmalar sübut edir ki, göbək ciyəsindəki qanın uşaq doğulduqdan sonra da ona bir müddət ötürülməsi həyati əhəmiyyət daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR