Yeni metro stansiyası bu rayonda tikilir - ƏRAZİDƏN GÖRÜNTÜLƏR

# 18:19
14 sentyabr 2021

Bakıda yeni metro stansiyası tikiləcək.

 

APA TV xəbər verir ki, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

Onun sözlərinə görə yeni metro stansiyası Bakının Nəsimi rayonu ərazisində, Heydər Əliyev adına İdman Konsert Kompleksinin yanında inşa ediləcək.

 

Bənövşəyi xətt üzrə 4-cü olacaq və şərti adı "B4" adlandırılan stansiyanın tikintisi istiqamətində hazırlıq işləri görülür. Bu stansiyanın da platformaları 7 vaqonluq olacaq. Yeni tikiləcək stansiyada elevatorlarla yanaşı, liftlər də quraşdırılacaq.

 

Bəxtiyar Məmmədov deyir ki, bənövşəyi xəttin davamı kimi hazırda 8 noyabr stansiyasından sonra şərti adı b4 olan stansiyanın tikinti aktualdır: “Həmin istiqamət üzrə tunellər artıq qazılıb.  Stansiya özü Heydər Əliyev adına İdman Konsert Kompleksinin  arxasında, Cəlil Məmmədquluzadə küçəsində yerləşir.  Stansiya digər stansiyalar kimi ən müasir texnologiyalarla təchiz olunacaq.  Ən vacib məsələlərdən biri  platforması 7 vaqonluq  qatarlar üçün nəzərdə tutulacaq. Əlil arabaları üçün liftlər quraşdırılacaq.

 

Stansiyanın tikintisinin nə zaman başa çatacağına gəlincə isə, Bəxtiyar Məmmədov bunun Bakının ağır hidrogeoloji şəraitindən və texniki məsələlərdən asılı olduğunu bildirib.

 

Bəxtiyar Məmmədov onu da qeyd edib  ki, metropolitenin bənövşəyi xətt üzrə fəal inkişaf prosesi hazırda Xocasən qələbəsində yerləşəcək elektrik deposunda aparılır.  Deponun tikintisi 3 mərhələyə bölünüb və birinci mərhələ üzrə tikinti işləri həlledici fazadadır. Həmçinin yerüstü stansiya da inşa olunur.

 

 

Xələf Xələfov,

Faiq Həsənov,

APA TV 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR