Yeni modul tipli məktəblər QURAŞDIRILACAQ
Prezident İlham Əliyev Azərbaycanda modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında Sərəncam imzalayıb.
APA TV xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan ərazisində yeni modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə Elm və Təhsil Nazirliyinə 5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncama əlavədə nəzərdə tutulmuş bölgüyə uyğun olaraq maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu