Yeni Nobel mükafatçısı - O kimdir?
Yeni Nobel mükafatçısı - O kimdir? - APA TV Bu gündən İsveçin paytaxtı Stokholm şəhərində Nobel həftəsi başlayır. APA TV-nin verdiyi xəbərə görə, ilk olaraq Fiziologiya və ya tibb üzrə 2022-ci il Nobel mükafatı qalibinin adını açıqlanıb. Qalibin adının açıqlanması mərasimi Karolinska İnstitutunda baş tutub. Qalibin adını Nobel Fiziologiya və ya tibb Komitəsinin katibi Tomas Perleman açıqlayıb. Mükafat təkamül genetikası sahəsində ixtisaslaşmış İsveç bioloqu Svante Paaboya verilib. O, mükafata “Nəsli kəsilmiş homininlərin genomları və insan təkamülü ilə bağlı kəşflərinə görə” layiq görülüb. Svante Paabo 1955-ci ildə Stokholmda anadan olub.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib