Yeniyetmənin əlində QUMBARA partladı - QADIN XƏSARƏT ALDI
Gəncə şəhər sakini 15 yaşlı uşağın əlində qumbara partlayıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Gəncə şəhər sakini, 15 yaşlı Araz Qasımov (ad-soyad şərtidir) yaşadığı evin yanındakı məişət tullantıları qabının yanında qumbara alışdırıcısını tapıb.
Yeniyetmə alışdırıcıya toxunarkən səs partlayışı baş verib, o, alışdırıcını kənara tullayıb. Həmin anda oradan keçən qadın aşağı ətrafların, sol qolun və üz nahiyəsinin müxtəlif didilmiş-deşilmiş xəsarətləri alıb.
Qadın xəstəxanaya yerləşdirilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu