Yeriyə bilməyən qadının əlillik müavinəti niyə kəsilib?

# 16:37
2 dekabr 2021

Əkbərovlar ailəsinin qonağıyıq. Elnurə Əkbərova yataq xəstəsidir. Elnurə xanımın iki övladı var, onlardan biri ağır durumda olduğu üçün Şağanda müalicə müəssisəsində, digər övladı Nurlanə isə evdədir. Sosial durumu ağır olan bu ailədə yalnız bir nəfər əmək qabliyyətlidir. Elnurə xanımın həyat yoldaşı fəhlə işləyir. Keçirdiyi xəstəliklə bağlı Elnurə xanım fikirlərini ifadə edə bilmir. Yoldaşı işdə olduğundan yataq xəstəsi olan qızına atası Səfər Fərzəliyev baxır.

 

Ata deyir ki, qızım 2007-ci ildə Neftçilər xəstəxanasında açıq ürək əməliyyatı keçirib. Əməliyyatdan iki il sonra əsəb sarsıntısı keçirən Elnurə Sabunçu xəstəxanasında iki dəfə müalicə alıb: “Müalicələrə baxmayaraq, üçüncü dəfə paralic keçirdi. Buna qədər 3-cü qrup əlil kimi pensiya alırdı. Sonra pensiyası kəsildi. Səbəbini soruşduqda dedilər ki, açıq ürək əməliyyatı keçirməsinə baxmayaraq artıq qızınız normaldır. Mənim qızım yeriyə bilmir, danışa bilmir bunun nəyi normaldlr? Yeməyini belə özü yeyə bilmir. Ağır vəziyyətdə təcili yardımla Sabunçuya aparmışam, ordan ağır durumda evə ölü maşınında qaytarmışam. Bütün bunlardan sonra yenə getdim, dedilər ki, hazırkı durumu ilə bağlı gərək xəstəxanada bir dəfə də 6 ay içərisində yatsın sonra onun pensiyasını bərpa edək. Müraciət etmədiyim qurum qalmayıb. İki övladı var, biri Şağandadı, onun durumu lap ağırdır. Qızı da 3-cü sinifə qədər normal idi, indi ruhi xəstədir. Bütün xəstəxanalrın da epiqrizləri var. 42 yaşı var qızımın baxanı belə yoxdu, gördüyünüz anlaqsız olan balası hayan olur. Uşağı da müzlicəyə apara bilmirəm çünki onda qızım tək qalır. Kirayədə yaşayırlar qızım, dava dərmanı çatdıra bilmirəm. Tək mən baxıram, o biri qızlarımda hayan olur, amma tək buraxa bilmərəm”.

 

APA TV-nin məsələyə müdaxiləsindən sonra ünvanda səyyar xidmət göstərmək üçün 3 saylı Bakı DOST Mərkəzinin  "Səyyar xidmətlərin təşkili" şöbəsi ailəyə baxış keçirib.

 

Çəkliş qurupumuzla birgə Mərkəzin şöbə müdiri  Nicat Mikayıllı Əkbərovlar ailəsinin probləmlərini dinlədi.

 

Məlum oldu ki, Səfər Fərzəliyevin qızı Elnurə Əkbərovanın əlilliyə görə aldığı müavinət kəsilib. Ona əlilliyin müddətli olduğu və müddət bitdiyinə görə müavinətin kəsilməsi izah edildi.

 

Vətəndaşa izah olundu ki, əlilliyi yenidən müəyyən olunub dərəcə veriləcəyi halda onun müavinət almaq hüququ bərpa olunacaq.

 

Bundan əlavə Səfər Fərzəliyevin diqqətinə çatdırıldı ki, nəvəsi Əkbərova Nurlanə Natiq qızına aid tələb olunan sənədlər siyahısında sağlamlıq imkanları məhdud olduğunu təsdiq edən sənəd müəyyən edilməyib.

 

Beləliklə DOST Mərkəzinin tövsiyyəsi ilə Səfər Fərzəliyevə övladı və nəvəsi üçün 88 nömrəli forma ilə bağlı bildiriş müraciəti olduqdan sonra köməklik ediləcəyi bildirildi.

 

Sevinc Vaqifqızı,

Xəyal İsgəndərov,

Fariz Quliyev,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR