Yerusəlimdə 2 partlayış olub, xəsarət alanlar var

# 11:48
23 noyabr 2022

İsrailin Yerusəlim şəhərində partlayış baş verib, xəsarət alanlar var.

 

APA TV xəbər verir ki, bu barədə İsrailin “Qaley Çaxal” radiosu məlumat yayıb.

 

İlkin məlumata görə, Yerusəlimin mərkəzi avtobus stansiyasının yaxınlığında baş verən partlayışda 7 nəfər xəsarət alıb. Bildirilib ki, mərkəzi avtobus stansiyasının yaxınlığında baş vermiş partlayışdan sonra həmin əraziyə yaxın yerdə sərnişin avtobusunda da növbəti partlayış baş verib.

 

Qeyd edilib ki, partlayıcı qurğular çantalarda yerləşdirilibmiş.

 

Hadisələr zamanı ümumilikdə 18-a yaxın şəxsin xəsarət aldığı bildirilir. Onlardan ikisinin vəziyyəti ağırdır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR