Yevlaxda dolu yağdı, təsərrüfatlara ziyan dəydi
Aprelin 13-də ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə arabir yağış yağıb.
Hava şəraitinin kəskin dəyişməsi nəticəsində Yevlax rayonu ərazisinə dolu düşüb. Dolu yağışı 10 dəqiqədən artıq davam edib.
Dolu yağışı rayon mərkəzi ilə yanaşı, ətraf bir neçə kəndlərində də, müşahidə edilib. İlkin məlumata görə dolu yağışı meyvə bağlarına, təsərrüfat sahələrinə ziyan vurub.
Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti aprelin 14-ü səhərədək davam edəcək, 15-16-da havanın mülayim, əksər rayonlarda isə əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin 16-da gündüz bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var.
Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib