Yevlaxda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirildi
Yevlaxda FHN-in Aran Regional Mərkəzində zona birinciliyi keçirilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi baş tutub. Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Komandaların təqdimatı” adlı üç mərhələdən ibarət olub.
Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Mingəçevir şəhər 13 nömrəli tam orta məktəb I yeri, Ucar rayon Qazqumlaq kənd 1 nömrəli tam orta məktəb II yeri, Xocalı rayon 4 saylı tam orta məktəb isə III yeri tutub. Yarışda fərqlənmiş komandalar müvafiq yerlər üzrə kubok və diplomlarla təltif olunub.
Birinci yeri tutan komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV Yevlax
DİGƏR XƏBƏRLƏR
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi