Yevlaxda kompleks mülki müdafiə təlimi keçirilib

# 16:59
30 noyabr 2022

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirib.

 

Təlimə Yevlax rayonunun Mülki müdafiə rəhbərliyi, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və texnikası, rayon Fövqəladə Hallar Komissiyası və Mülki müdafiə qərargahı, mülki müdafiə xidmətləri, yüksək hazırlıqlı ərazi və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatlar cəlb olunub.  Kompleks təlimə ümumilikdə 201 nəfər şəxsi heyət və 58 ədəd texnika cəlb edilib.

 

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazidə ümumi və xüsusi kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, ətrafa dağılan güclü təsirli zəhərləyici maddələrin neytrallaşdırılması və yayılmasının qarşısının alınması, partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işlərinin həyata keçirilməsi, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, epidemiya və epizootiyaya qarşı mühafizə işlərinin həyata keçirilməsi, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların həyat təminatının bərpası məqsədilə çadır şəhərciyində yerləşdirilməsi hərəkətlərini yerinə yetiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR