Yevlaxda qardaş bacının evini yandırdı
Ötən gün Yevlaxda evi qəsdən yandıran şəxsin ev sahibinin qardaşı olduğu məlum olub.
DİN-in mətbuat xidmətindən APA TV-nin verilən xəbərə görə, Yevlax rayonunun Salahlı kəndi ərazisində Bakı şəhər sakini A. Nəsibovaya məxsus evdə baş vermiş yanğınla əlaqədar Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla hadisənin ev sahibəsinin qardaşı Aqil Nəsibov tərəfindən qəsdən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Aqil Nəsibov saxlanılıb.
Araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu