Yol bağlandı, elektrik verilişi dayandı: Qubada küləyin fəsadlar

# 19:32
13 iyul 2022

Qubada küləyin təsirindən aşan çinar ağacı elektrik, rabitə və qaz xətlərinə ziyan vurub. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alekseyevka kəndində, Quba-Xaçmaz yolunun kənarında qeydə alınıb. Çinar ağacının elektrik xətlərinin üstünə düşməsi nəticəsində 3 elektrik dirəyi aşıb, iki kəndə enerjinin verilişi kəsilib. Qırılan elektrik xətti Quba-Xaçmaz yolunun üstünə düşdüyündən nəqliyyat vasitələrinin hərəkətində də müvəqqəti məhdudiyyət yaranıb. Yıxılan çinar ağacı Alekseyevka kənd sakini Zəfər Qarayevə məxsus yardımçı tikililərə də ziyan vurub. Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR