Yol kənarından meyit tapıldı

# 18:24
17 noyabr 2022

Şəmkirdə yol kənarından meyit tapılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun APA TV-nin yerli bürosuna verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Şəmkir rayon Yeni Həyat kəndi yolunda qeydə alınıb.

 

İlkin araşdırmalar nəticəsində meyiti tapılan şəxsin 1983-cü il təvəllüdlü Şəmkir rayon sakini Yalçın Məmmədov olması və ilkin tibbi ekspertiza rəyinə əsasən, avtomobil vurması nəticəsində ölməsi müəyyən olunub.

 

Hazırda hadisəni törətməkdə şübhəli bilinən avtomobil sahibinin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR