Yol qəzasında ölənlərin sayı 27-yə çatdı: UKRAYNADA DƏHŞƏTLİ QƏZA
Ukraynanın Rivne bölgəsində sərnişin avtobusu, minik avtomobili və yanacaq daşıyan maşını toqquşub.
APA TV xəbər verir ki, Hadisə Dubenski rayonunun Sıtnoye kəndi yaxınlığında baş verib.
Daxili işlər nazirinin müşaviri Anton Geraşenkonun verdiyi açıqlamaya görə, hadisə nəticəsində 27 nəfər ölüb.
“Avtobusda olan 38 sərnişindən yalnız 12-si sağ qalıb. Yanacaq çəninin sürücüsü sağ qalıb, lakin vəziyyəti ağırdır. 27-ci qurban “Mercedes Vito” mikroavtobusunun sürücüsüdür”,- deyə o, "Telegram” kanalında yazıb.
İlkin məlumatlara görə, hadisəyə mikroavtobusun sürücüsü səbəb olub.
Hadisə Kiyev-Çop magistralında avtomobillərin hərəkətinin tamamilə dayanmasına səbəb olub.
Qəza ilə bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu