Yolu keçmək istəyirdi, maşın vurub ÖLDÜRDÜ
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Gəncə şəhər sakini Bəxtiyar Verdiyev "VAZ2106" markalı avtomobillə Gəncə şəhər Nizami Gəncəvi prospekti ilə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada 62 yaşlı Gəncə şəhər sakini Ramiz Novruzovu vurub. Piyada xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu