Yolu keçmək istəyirdi, maşın vurub ÖLDÜRDÜ

# 15:43
21 iyul 2022

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Gəncə şəhər sakini Bəxtiyar Verdiyev "VAZ2106" markalı avtomobillə Gəncə şəhər Nizami Gəncəvi  prospekti ilə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada 62 yaşlı Gəncə şəhər sakini Ramiz Novruzovu vurub. Piyada xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR