Yük avtomobili idarəetməni itirdi

# 12:48
27 dekabr 2021

Avtomobil daşıyan yük maşını qəzaya düşüb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Bakı-Qazax avtomagistralının Goranboy rayonundan keçən hissəsində, Goran çayın üzərindəki körpüdə qeydə alınıb. Üzərində 5 minik avtomobili olan maşını idarə etməni itirərək əvvəlcə Goran çayın üzərindəki körpünün beton konstruksiyasına, daha sonra isə dəmir arakəsmələrə çırpılıb. Zərbənin gücündən avtomobillərdən biri yük maşından düşərək əzilib, digərləri isə zədələnib. Yük maşınının sürücüsünə hadisə yerində tibbi yardım göstərilib. Yol-nəqliyyat hadisəsi baş verən ərazidə avtomobillərin hərəkətində müəyyən çətinlik yaranıb.

 

Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Fuad Nazimoğlu

APA TV Goranboy

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR