Yük avtomobilinin sürücüsü saxlanıldı
Xocavəndə qanunsuz daxil olan yük avtomobilinin sürücüsü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA TV-yə verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayonun Böyük Tağlar kəndi ərazisindəki nəzarət postunda “Mercedes” markalı yük avtomobilinə “saxla” işarəsi verilib.
Yoxlama aparılarkən sürücü Qazax rayon sakini Məzahir Abdullayevin rayon ərazisinə daxil olmaq üçün müvafiq icazəsinin olmadığı müəyyən edilib. Nəqliyyat vasitəsinə baxış keçirilən zaman isə çəkisi 2 tona yaxın dəmir qalıqları aşkarlanıb.
Hazırda faktla bağlı Xocavənd RPŞ-də araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu