Yük maşını dairəvi yolda aşdı
Bu gün saat 10:50 radələrində Bakı kənar dairəvi yolunun 7-ci kilometrliyində Qasımov Nəsir Habil oğlunun idarə etdiyi “Mercedes” markalı, 99-OA-693 dövlət qeydiyyat nişanlı yük avtomobili paytaxt istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.Xəsarət alan sürücüsü xəstəxanaya yerləşdirilib, hadisə yerinə cəlb olunan DYP əməkdaşları tərəfindən yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub, zəruri təhlükəsizlik tədbirləri görülüb. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib