Yük maşını qaz xəttini dağıtdı - RAYON QAZSIZ QALDI

# 14:00
24 dekabr 2021

İmişlidə yük maşınının qaz xəttini dağıtması nəticəsində rayona qazın verilişi dayandırılıb.

APA TV-nin Mil-Muğan bürosunu məlumatına görə, yol-nəqliyyat hadisəsi İmişli Olimpiya kompleksinin yaxınlığında, dairəvi avtomobil yolunda qeydə alınıb. Kamil Məmmədov idarə etdiyi qoşqulu yük maşını ilə hərəkətdə olarkən avtomaşının yük yerində olan iri qabaritli kənd təsərrüfatı texnikası yolun üst hissəsindən keçən iri diametrli daşıyıcı qaz kəmərinə ilişib. Nəticədə qaz xətti yerindən çıxaraq aşıb. Hadisə zamanı xəsarət alan və yaralanan olmasa da, avtomobil yolunda hərəkət dayanıb. Həmçinin daşıyıcı qaz xətinin qəzalı vəziyyətə düşməsi nəticəsində İmişliyə mavi yanacağın verilişi dayandırılıb.

Yolda təhlükəsizliyin təmin olunması üçün əraziyə hüququ mühafizə orqanının əməkdaşları cəlb  edilib. Həmçinin Qaz istismar sahəsinin əməkdaşları əraziyə gəlib.

Hazırda qaz xətində bərpa işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR