Yük maşınının sürücüsü polisə tabe olmayıb qaçdı - ANBAAN VİDEO
Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobilinin sürücüsü saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən yükdaşıma qaydalarını pozduğuna görə “Saxla” işarəsi verilən “Howo” markalı, 99-KN-720 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Tehran Abdullayev polisin qanuni tələbinə tabe olmayaraq hərəkətini davam etdirib. Baş DYP İdarəsinin YPX Alayının II taqımının əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində Tehran Abdullayev saxlanılıb. Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Tehran Abdullayev inzibati qaydada həbs edilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu