Yük və minik avtomobilləri toqquşdu, sərnişin öldü
Astarada ağır yol nəqliyyat hadisəsi baş verib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, ötən gün gecə saatlarında rayonun Təngərüd kəndində qəza baş verib. Astaranın Vaqo kənd sakini, 1990-cı il təvəllüdlü Rüstəm Nadir oğlu Əzimovun idarə etdiyi "QAZ-66" ilə Astara şəhər sakini 1986-cı il təvəllüdlü Ramil Faiq oğlu Ramazanovun idarə etdiyi “Hyundai” markalı avtomobil toqquşub. Yük və minik avtomobillərinin toqquşması nəticəsində 37 yaşlı sərnişin ölüb.
Qəza nəticəsində "Hyundai"da olan sərnişin 1985-ci il təvəllüdlü Astara şəhər sakini Rahim Orucqulu oğlu Bəşirov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Mərhum evli idi, 2 övladı var.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV, Astara
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi