Yüksək kredit faizləri problemli kreditlərin həcminə necə təsir göstərir?

# 17:53
24 avqust 2021

Yüksək kredit faizləri problemli kreditlərin həcminə təsir göstərir.

Bunu APA TV-yə açıqlamasında iqtisadçı ekspert, deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə 2021-ci ilin birinci yarısında qaytarıla bilməyən kreditlərin həcmində də artım müşahidə olunub: “Problemli kreditlərinin həcminin artmasında pandemiyanın təsirləri xüsusi rol oynasa da bankların bahalı kredit siyasəti, o cümlədən bir sıra hallarda ödəmə qabiliyyətini yoxlamadan maliyyələşmələr həyata keçirilməsi də təsirsiz qalmayıb. Eyni zamanda, depozit dividentləri ilə kredit faizləri arasında da kəskin fərq yaranıb. Artıq, bəzi banklar xarici valyutada dividentlərə ya faiz ödənişi etmirlər, ya da cüzi divident hesablayırlar”.

 Deputat bildirib ki, sözügedən dövr ərzində depozit faizləri ilə kredit faizləri arasında kəskin fərq yaranıb: “Depozit dividentlərinin düşməsinə baxmayaraq kredit faizlərində nəzərəçarpan azalmalar yoxdur. Yüksək kredit faizləri problemli kreditlərin həcminə təsir göstərir və nəticədə 2021-ci ilin birinci yarısında qaytarıla bilməyən kreditlərin həcmində artım müşahidə olunub. Bu baxımdan, faizlərin optimallaşdırılması və kreditlərə əlçatanlığın artırılması üçün Mərkəzi Bank tərəfindən daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.

Qeyd edək ki, Milli bankı yaydığı rəsmi məlumata əsasən, ötən ili 893 milyon manat problemli kredit portfeli ili başa vuran banklar da bu ilin ilk yarısında bu göstərici 914 milyon manata yüksəlib. Son 6 ayda problemli kreditlərin həcmi isə 2.3 faiz artıb. İyun ayının yekunlarında problemli kreditlərin həcmində aylıq artım 7.7 milyon manat olub.

Həmidağa Məcidov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR