Yüksək rütbəli polis faciəvi şəkildə öldü
Dekabrın 25-də İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində baş vermiş ağır qəzada xəsarət alan sürücü Qabil İsmayılov xəstəxanada vəfat edib.
Lent.az xəbər verir ki, “Honda” markalı avtomobillə toqquşan “BMW”ni idarə edən Qabil İsmayılov polis polkovnik-leytenantı olub. O, daxili işlər orqanlarında bir sıra yüksək vəzifələrdə çalışıb.
Hadisə nəticəsində “Honda” markalı avtomobildə ölən sərnişin, 2002-ci il təvəllüdlü Nurlan Nağıyev isə Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.
Hadisə zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu