Yüksək səslə musiqiyə qulaq asdığı üçün qonşuları onu döydü

# 12:50
16 iyun 2022

Ağstafada musiqi üstündə düşən dava qonşuların bir-birini döyməsi ilə nəticələnib.

 

Daxili İşlər Nazirliyi Ağstafada baş verən insident barədə məlumat yayıb.

 

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, iyun ayının 7-də Ağstafa rayon Poylu qəsəbə sakini Nazilə Hüseynova və Günay Hüseynova DİN-in "102 Zəng Mərkəzi "Xidmətinə müraciət edərək qonşuları tərəfindən döyülməsi barədə şikayət edib. Eyni zamanda müraciət edən şəxslərin qonşuları Mehman Məmmədov, Solmaz Məmmədova və Aysel Məmmədova da polisə müraciət edərək qonşuları tərəfindən döyülmələri və təhqir olunmaları barədə məlumat verib.

 

Hər iki faktla bağlı polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin məlumata görə hadisəyə səbəb Nazilə Hüseynovanın evində yüksək səslə musiqiyə qulaq asması olub. Hazırda araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, həmin insident barədə sosial şəbəkədə görüntülər yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR