Yüksək vəzifəli şəxs ÜRƏYİNDƏN BIÇAQLANDI
Bakının Nərimanov rayonunda turizm şirkətinin müdiri ürəyindən, işçisi isə ayağından bıçaqlanıb. APA TV xəbər verir ki, hadisə Montin qəsəbəsində qeydə alınıb. Turizm şirkətinin müdiri Cavid Məmmədov və işçisi 18 yaşlı Amanzadə Kamran Azər oğlu agentliyin sürücüsündən pul almaq üçün onun yaşadığı Nərimanov rayonu ərazisinə gəlib. Bu zaman onlar 4 nəfər naməlum şəxsin hücumuna məruz qalıb. C.Məmmədov ürəyindən bıçaqlanıb. O, ağır vəziyyətdə 5 nömrəli xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir. K.Amanzadə isə ayağından bıçaqlanaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib