Yumurta dondurmaq nədir, kimlərə və neçəyə edilir?

# 20:15
18 may 2023

“Mütləq evlənməliyəm, geciksəm, uşağım olmaz” qayğısı artıq geridə qalır. Çünki ölkəmizdə qadınlar yumurtalarını dondurub istədikləri yaşda ana ola bilərlər. Bu gün ölkəmizdə qadınlar həm iş həyatında, həm cəmiyyətdə əvvəlki illərlə müqayisədə aktiv rol alırlar. Beləcə, cəmiyyətdə özünü doğrultmaq, kariyera qurmaq istəyilə bəzən xanımlar evliyiyi , ana olmağı ikinci plana salırlar. Ailə planlamasını 30 yaşdan sonraya salan qadınlar daha erkən yaşda həkimə müraciət edərək yumurta rezervlərini qoruya bilərlər. Həkim Emin Haqverdiyev bildirir ki, yaşı 35-dən yuxarı olan qadın yumurtalarının keyfiyyətini sürətlə itirməyə başlayır, 40 yaşdan sonra isə ana olma ehtimalı 25 yaşla müqayisədə çox aşağı olur. Həkim bildirir ki, qadınların ana olmaq üçün ən ideal yaş aralığı 24-28 yaşdır. Ona görə də, yumurta toplama yaşı nə qədər tez olsa, bir o qədər yaxşıdır. Qeyd edək ki, bu prosedur təkcə ana olmağı sonraya saxlayan qadınlar üçün yox, həm də erkən menapoza girən, onkoloji xəstəliyi olan, kimyaterapeya alacaq, yaxud yumurtalıqları çıxarılacaq qadınlar üçün də bir həll yoludur. Qardaş ölkə Türkiyə bu sahədə uzun yol qət etsə də, ölkəmizdə yumurta dondurma proseduru yenidir. Elə buna görə də sözügedən proseduru eşidib təəccüblənənlər da az deyil. Həm evli, həm də subay xanımlardan yumurtaları 2 üsulla toplamaq mümkündü. Həkimin sözünə görə, yumurta toplayıb dondurma prosesi qadında olan yumurtalıqları çıxartmaq və ya yumurtaya hər hansı bir zərər vermək demək deyil. Qeyd edək ki, sözügedən proseduru hazırda bir çox özəl klinikalar edir. Qiyməti isə 2000 – 4000 manat arasındadır. Donmuş yumurtanın saxlanılması üçünsə illik təxminən 200 manat ödənilməlidir. AYNUR QARA HƏZRƏT BAYRAMLI APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR