Yunanıstanın Azərbaycandakı səfiri “APA Media Group”da olub - VİDEO
Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqkos “APA Media Group”un qonağı olub.
“APA Media Group”un rəhbəri Vüsalə Mahirqızı şirkətə daxil olan media qurumlarının fəaliyyəti barədə Yunanıstan səfirini məlumatlandırıb.
Vüsalə Mahiqızı Nikolaos Piperiqkosu “APA Media Group”da görməkdən məmnunluğunu ifadə edib.
Yunanıstan səfiri Azərbaycan mediasında “APA Media Group”un özünəməxsus yerinin olduğunu diqqətə çatdırıb.
Diplomat, iki ölkə arasında hökumətlərarası səviyyədə yaxşı münasibətlərin olduğunu vurğulayıb.
Eyni zamanda, Yunanıstan səfiri ötən ilin iyulunda Şuşaya səfər etdiyini xatırladıb.
Görüşdə iki ölkənin media qurumları arasında əməkdaşlıq barədə də fikir mübadiləsi aparılıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu