Yüzlərlə obyektdən oğurluq edən Şəmkir sakini tutuldu
Paytaxtda və Abşeron rayonunda silsilə oğurluq edən şəxs saxlanılıb.
DİN mətbuat xidmətində APA TV-yə verilən xəbərə görə, Bakı şəhər Baş Polis idarəsi, Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsi əməldaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Şəmkir rayon sakini Sərdar Pənəhov tutulub.
Araşdırma zamanı onun paytaxt və Abşeron rayonunda ümumilikdə 65 ərzaq, geyim və mobil telefon mağazalarından, o cümlədən apteklərdən oğurluq hadisəsi törətdiyi sübuta yetirilib. Sərdar Pənəhov ifadəsində isə törətdiyi oğurluqlarının sayının yüzlərlə olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi