Zabit Səmədovun vida döyüş gecəsi üçün çəkiölçmə mərasimi keçirilib
Azərbaycanlı kikboksçu, K-1 növündə çıxış edən Zabit Səmədovun Bakıda keçiriləcək vida gecəsi üçün çəkiölçmə mərasimi keçirilib. APA TV xəbər verir ki, mərasimdə idmançıların son çəkiləri tərəzi üzərində ölçülüb. Bundan sonra hər döyüş üzrə idmançılar "face-to-face" prosedurunu yerinə yetirib. Qeyd edək ki, sentyabrın 10-da baş tutacaq son döyüş "Mauqli" ləqəbli Zabit Səmədovla braziliyalı Antonio Silva arasında olacaq. Səmədov bu yarışda çempion olacağı halda, Beynəlxalq Karate və Kikboksinq İdmanı Assosiasiyasının (ISKA) kəmərini qazanacaq.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib