Zaqatala sakinləri meşədə qaban ovuna çıxdılar

# 19:19
15 sentyabr 2022

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı

rayonun Uzunqazmalar kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Araşdırma zamanı onların rayon sakinləri, qohumlar-İlqar Bayramov və Bəxtiyar

Musayev olduqları müəyyən edilib. Həmin şəxslərdən müvafiq sənədləri olmayan

2 ov tüfəngi və həmin silaha aid patronlar, eləcə də ovladıqları çöl heyvanının əti

aşkar edilərək götürülüb.

İlqar Bayramov və Bəxtiyar Musayev barəsində toplanmış materiallar hüquqi

qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

 

Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR