Zaqatala şəhər 3 saylı məktəbdə aksiya keçirilir-müəllimlər dərsə girmir

# 16:20
20 fevral 2023

Zaqatala şəhər Şıxəlı Qurbanov adına 3 saylı tam orta məktəbində yeni təyin edilmiş direktora qarşı etiraz aksiya keçirilib.

 

Aksiyada məktəbin müəllim kollektivi və valideynlər iştirak edib. Aksiya iştirakçıları məktəbə yeni təyin edilən direktor Məhnurə İsmayılovanın vəzifəsindən kənarlaşdırılmasını tələb ediblər. Kollektiv yeni direktorun idarəçiliyindən narazıdır. Bildirirlər ki, vəzifəyə təyin olunandan sonra yeni qadağaların tətbiqinə başlayıb.

 

Məktəbdə baş verən aksiya ilə bağlı Təhsil Nazirliyinin Şəki-Zaqatala regional təhsil idarəsinin məsul əməkdaşları ezam edilib.

 

Xatırladaq ki, Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbin əvvəlki direktoru çalışmanın yaş həddinə çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

 

Qeyd edək ki, bu təyinata qədər Məhnurə İsmayılova Şəhid Valeh Bədəlov adına Aşağı Tala kənd 1 saylı tam orta məktəbində direktor işləyib. O, 17 fevral 2023-cü il tarixində Zaqatala şəhər Şıxəli Qurbanov adına 3 nömrəli tam orta məktəbə direktor təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR