Zaqatalada 15 otaqlı ev yanıb
Bu gün günorta saatlarında Zaqatala rayonu Muğanlı kəndində, kənd sakini İbrahim İbrahimova məxsus, ümumi sahəsi 480 kv/m olan 2 mərtəbəli və 15 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib.
Yanğın nəticəsində evin ikici mərtəbəsində olan 9 otağın yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb. Birinci mərtəbədəki 6 otaq və ev əşyaları yarasız hala düşüb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu