Zaqatalada 43 yaşlı kişi ehtiyatsızlıqdan güllə yarası aldı
Zaqatalada 43 yaşlı kişi ehtiyatsızlıqdan güllə yarası alıb.
APA TV-nin məlumatına görə, hadisə rayonun Gözbarax kəndidə baş verib. Kənd sakini 1977-ci il təvəllüdlü Hüseyn İbiyev ailəsinə məxsus mal-qaranı axtarmaq üçün kənd ərazisinə ov tüfəngi ilə gedib.
İlkin məlumata görə, Hüseyn İbiyev ov tüfəngi ilə ehtiyatsız davranıb və qəfildən tüfəngdən atəş açılması səbəbindən çoxsaylı qırma yaraları alıb.
Hüseyn İbiyev yaxınlarının köməyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra cərrahi əməliyyat edilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU