Zaqatalada 5 otaqlı yaşayış evi yanıb kül oldu
Zaqatalada fərdi yaşayış evi yanıb. Yanğın hadisəsi rayonun Yeni Suvagil kəndində, kənd sakini Aydın Məmməd oğlu Ramazanova məxsus, ümumi sahəsi 150 kv/m olan kürsülü 5 otaqdan ibarət fərdi yaşayış evində baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın baş verən zaman ev sahibi işdə və ailə üzvləri toy məclisində olublar. Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu