Zaqatalada 64 yaşlı piyadanı maşın vurub

# 04:01
19 iyul 2022

Zaqatalada 64 yaşlı piyadanı maşın vurub.

 APA xəbər verir ki , hadisə axşam saatlarında Zaqatala şəhəri ərazisində baş verib.

Zaqatala şəhər sakini 1958-ci il təvəllüdlü Nurəddin Cəmaləddin oğlu Xəlilov yolu keçmək istəyən zaman rayon sakininin idarə etdiyi 90 ZM 856 dövlət nömrə nişanlı minik avtomobili tərəfindən vurulub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 64 yaşlı Nurəddin Xəlilov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. İlkin müayinə zamanı Nurəddin Xəlilova açıq kəllə-beyn travması, sol aşağı ətrafın diz nahiyəsinin sınığı və bədənin küt travması dioqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR