Zaqatalada beşmərtəbəli yaşayış binasında yanğın olub
Zaqatalada çoxmənzilli yaşayış binasında yanğın olub.
Noyabrın 23-ü axşam saat 19 radələrində Zaqatala şəhəri, Sülh küçəsində beşmərtəbəli çoxmənzilli yaşayış binasının üçüncü mərtəbəsində Firuz Aslanova məxsus üçotaqlı mənzildə yanğın baş verib.
APA TV-nin şimal-qərb bürosunun məlumatına görə,Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək digər mənzillərə keçməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində mənzilin 9 kv/m-lik mətbəxinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
“Əvvəl uşaqlar hər işi bacarırdı...” – Məktəbdə praktiki dərslər hara getdi?
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var