Zaqatalada bir gündə iki faciə

# 17:31
10 may 2022

Zaqatalada doğuş zamanı uşaq ölüb.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verib. Normal doğuş keçirilməsinə baxmayaraq uşaq ölüb.

İlkin məlumata görə, uşağın ciyərləri açılmayıb. Yeni doğulan körpə aparata qoşulsa da, 5 dəqiqə sonra ürək dayanması müşahidə olunub.

Həmin gün  xəstəxanada doğuşdan sonra ana ölümü baş verib.

Zaqatala şəhər sakini, 23 yaşlı Fatimət İslam qızı Musayeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasında 36 həftəlik oğlan uşağı dünyaya gətirib.

Doğuşdan dərhal sonra vəziyyəti pisləşən Fatimət Musayeva müayinə və müalicə edilmək üçün Bakıya Respublika Klinik Xəstəxanasına göndərilib. Respublika Klinik Xəstəxanasında Fatimət Musayeva müayinə edilən zaman onun qarın boşluğunda, bağırsaqlarında çoxsaylı törəmələr aşkar edilib. Respublika Klinik Xəstəxanasında Fatimət Musayevanın vəziyyəti ağır olduğu üçün Zaqatalaya geri göndərilib. Geri qayıdarkən Şəki rayonu ərazisində xəstənin bioloji ölümü qeydə alınıb.

Qeyd edək ki, Fatimət Musayevanın ailəsi xəstəliyin mövcudluğu barədə əvvəlcədən məlumatlı olduğunu bildirib. Xəstə ailəsi tərəfindən yazılı iltizamnamə ilə evə buraxılıb. 

Uşağın vəziyyəti isə stabildir.

Hər iki faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov, APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR