Zaqatalada evdən 10 min manatlıq qızıl oğurlayan keçmiş məhkumlar yaxalandı
Zaqatalada evdən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, rayon Polis Şöbəsinə müraciət edən rayonun Aşağı Tala kənd sakini Dibir Ramazanov evindən qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib.
Polis əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş 24 yaşlı Elxan Canımov və 20 yaşlı Seymur Mahmudov saxlanılıb.
Araşdırma zamanı oğurlanan qızıl-zinət əşyaları onlardan maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib