Zaqatalada gənc qızı piyada keçidinin yaxınlığında maşın vurub
Zaqatalada gənc qızı piyada keçidinin yaxınlığında maşın vurub.
APA TV-nin məlumatına görə, hadisə iyulun 10-u axşam saat 22 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala şəhəri "Bayraq Meydanı" adlanan ərazisindən keçən hissəsində baş verib.
Rayonun Göyəm kənd sakini, 2002-ci il təvəllüdlü Aysun Firuddin qızı Kudakova piyada keçidi yaxınlığında yolu keçmək istəyən zaman hərəkətdə olan "Toyota" markalı 99 LZ 397 dövlət nömrə nişanlı minik avtomobili tərəfindən vurulub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Aysun Kudakova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib