Zaqatalada iki dost meşədən yığdıqları göbələkdən zəhərləndi

# 16:35
18 oktyabr 2023

 

Zaqatalada iki dost meşədən yığdıqları göbələkdən zəhərlənib. Hadisə oktyabrın 4-ü Zaqatala rayonunun Höytala kəndində baş verib. Kənd sakini 53 yaşlı Kərəm İmranov və dostu Ramazan Ömərov kəndin yaxınlığındakı meşəlik ərazidən birlikdə göbələk yığıblar. Meşədən göbələk yığıb qayıdan dostlar hərə öz evində göbələyi bişirib yeyiblər. Ramazan Ömərov və həyat yoldaşı Gülər Ömərova oktyabrın 4-ü axşam saatlarında göbələk zəhərlənməsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Evdə tək yaşayan Kərəm İmranov isə oktyabrın 5-i səhər saatlarında kəskin zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edir. Hər üç şəxsə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri nəzərə alınaraq müalicələrinin davam etdirilməsi üçün Bakıya göndəriliblər. Zəhərlənənlərdən Kərəm İmranov oktyabrın 17-si müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Ramazan Ömərov və Gülər Ömərovanın müalicəsi isə Kliniki Tibbi Mərkəzində davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov, Əhməd Fərruxoğlu. APA. TV. Zaqatala

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR