Zaqatalada itən turist sonuncu dəfə bu komada olub

# 15:23
3 iyun 2022

“Qardaşımın heç bir izini tapa bilməmişik”

 

Bunu APA TV-yə Zaqatalada itkin düşən hindistanlı turistin qardaşı deyib.

Onun sözlərinə görə, 29 yaşlı qardaşı, Kondaveeti Manikathinin mayın 12-də Zaqatala rayonunda otellərdən birindən çıxaraq geri qayıtmayıb: “20 gündən artıqdır ki, qardaşım dağlarda itkin düşüb. Heç bir izinə rast gələ bilməmişik. Qardaşım təbiəti çox sevirdi, amma hansı marşrut üzrə gedəcəyi barədə bir məlumatım yoxdur. Pulu ona görə ayırmışıq ki, bəlkə yerli camaat buna görə, həvəslənib onun gedə biləcəyi yerləri tapmaqda bizə kömək edərlər”.

 

Dxaran həmçinin qeyd edib ki, qardaşının Google akkauntuna giriş əldə ediblər: “Mayın 13-ü onun sonuncu dəfə olduğu məkan barədə informasiya tapdıq. O, şəhərdən kənarda bir komadaydı. Bu, məni qorxutdu”, - deyə o qeyd edib. . 

 

Yeri gəlmişkən qeyd edək ki, Lent.az turistin sonuncu dəfə olduğu komanın fotosunu əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR