Zaqatalada kişi keçmiş arvadını güllələdi - TƏFƏRRÜAT

# 11:05
17 mart 2023

Zaqatalada qadın keçmiş əri tərəfindən qətlə yetirilib. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə 09 radələrində Zaqatala şəhəri, Dədə Qorqud meydanında baş verib. İlkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Məhəmməd Didiyevin Zaqatala şəhərində yerləşən mənzillərdən birində keçmiş arvadı Firəngiz Yusifovanı odlu silahla atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məhəmməd Didiyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb. Fakta görə Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb,

 

İbtidai istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR