Zaqatalada şəhid Sərxan Ömərov dəfn olunub

# 14:55
14 sentyabr 2022

Ermənistanın dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin gənc zabiti, 1999-cu il təvəllüdlü Zaqatala rayon Yuxarı Tala kənd sakini leytenant Ömərov Sərxan Mübariz oğlunun cənazəsi bu gün doğulduğu Zaqatala rayonunun Yuxarı Tala kəndinə gətirilib.

 

APA TV-nin Şimal-qərb bürosunun məlumatına görə, Sərxan Ömərovun yaşadığı evdə təşkil olunan vida mərasimində onun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Zaqatala Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

 

Şəhid Sərxan Ömərov doğma kəndinin qəbiristanlığında dəfn olunub. Şəhidin cənazəsinin üzərindəki üç rəngli Azərbaycan bayrağı onun atasına təqdim olunub, havaya yaylım atəşi açılıb.

 

 

Vüqar Heydərov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR