Zaqatalanın qarlı qış günündə, təbiət qoynunda qutab yemək - Dadından doymayacaqsınız
Zaqatala rayonun özünəməxsus zəngin mətbəx nümunələri mövcuddur. Belə ləzzətli təamlardan biri də şabalıd qutabıdır.
Ləzzəti ilə fərqlənən şabalıd qutabı Zaqatalaya, daha dəqiq desək Zaqatalanın dağlar qoynunda yerləşən, füsunkar təbiəti ilə seçilən və şabalıdın vətəni sayılan Car kəndinə aiddir. Qarlı, şaxtalı bir qış günündə rayonun Car kəndinin sakini Ruqiyyət Gözəlova bizim üçün qutab bişirir.
Dadlı və ləzzətli şabalıd qutabının hazırlanması üçün bizə un, su, duz, şabalıd, süd, qoz ləpəsi, qızılgül mürəbbəsi və kərə yağı olur.
Əvvəlcə xəmirimizi yoğururuq.
Artıq xəmirimiz hazırdır. Daha sonra içliyi hazırlamaq üçün şabalıdı suda bişirib qabığını təmizləyirik.
Və budur keçirik qutabımızın hazırlanmasına...
Qeyd edək ki, saydığımız bu qida nümunələrinin qarışığı ilə hazırlanan şabalıd qutabı ilk dəfə ötən əsrin 80-ci illərində rayon sakini Hacıbəy Zaqatalskinin təşəbbüsü ilə bişirilərək süfrəyə təqdim edilib.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)